Текст песни «Öz Yerini Tap». Başa Bəl

Раздел: поп
Альбом: Ayrı-Ayrı • 2003 год
Исполнитель: Başa Bəla

Hər bir adamın dünyada öz yeri var
Hər bir nöqtənin yiyəsi
Hər bir işinin ustası tapılar
Hər bir oğlanın da qızı

Amma insanlar tələsir və çaşdırır
İşlərini, yerlərini
Əgər sən istəmirsən, işlərin olsun xarab
Onda öz yerini tap

Kimsə yerdə, kimsə göydə
Kimsə solda, kimsə sağda
Kim arxada, kim ortada
Amma azı öz yerində

Əgər tapmadın dünyada öz yerini
Əgər başqası onu tutdu
Deməli, sən çox, çox, çox, çox, çox gecikdin
Deməli, çox, çox uduzdun

Sənin yerinə yoxdur başqası layiq
Layiq deyilsən başqasına
Əgər sən istəmirsən, işlərin olsun xarab
Onda tez öz yerini tap

Kimsə yerdə, kimsə göydə
Kimsə solda, kimsə sağda
Kim arxada, kim ortada
Amma azı öz yerində

Kimsə yerdə, kimsə göydə
Kimsə solda, kimsə sağda
Kim arxada, kim ortada
Amma azı öz yerində